Masallı, Ağstafa və Bakıda yanğın olub
Bizi izləyin

Qırmızı.az

Masallı, Ağstafa və Bakıda yanğın olub

Masallı rayonu, Ərkivan qəsəbəsində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 286 kv.m olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsində mətbəxin döşəməsi 3 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat

Publika.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Masallı rayonu, Ərkivan qəsəbəsində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 286 kv.m olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsində mətbəxin döşəməsi 3 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Ağstafa rayonu, Ceyrançöl qəsəbəsində (rayon mərkəzindən 45 km aralı) 15 ha sahədə kol-kos yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

Yanğın saat 18:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 30 kv.m olan taxta konstruksiyadan ibarət köməkçi tikili və ona bitişik olan ümumi sahəsi 100 kv.m. olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 kv.m. sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm