Şeyx vəhabilərə qarşı mübarizədən danışdı - VİDEO
Bizi izləyin

Qırmızı.az

Şeyx vəhabilərə qarşı mübarizədən danışdı - VİDEO

Allahşükür Paşazadə Rusiya səfərindən danışıb.

Allahşükür Paşazadə Rusiya səfərindən danışıb.

Şimali Qafqazda geniş yayılan radikalizmin qarşısını alamaq üçün təkcə Dağıstanda deyil, İnquşetiya və Çeçenistanda da geniş mübarizə aparılır. Qaraçay-Çərkəz Respublikasında keçirilən konfransda da bu məsələlər müzakirə edilib.

Çeçenistan prezidenti Ramzan Kadırov ANS-ə müsahibəsi zamanı belə bir fikir səsləndirmişdi ki, o sonuncu vəhabini din üçün zərərsizləşdirənədək mübarizə aparacaq. Şimali Qafqazda din adamlarının öldürülməsi bütün din xadimlərini narahat edir. Hətta Türkiyə və Azərbaycanın din alimləri bunun qarşısını almaq üçün təkliflər də irəli sürmüşdülər.

Konfransda çıxış edən Bütün Qafqazın Şeyxi Qafqazda baş verən hadisələrdən danışarkən radikal cərəyanlar mövzusuna da toxundu və radikalizmə qarşı mübarizə aparmaq üçün müftiləri birgə işləməyə çağırıb. Regionda sülh və əmin-amanlığın qorunması üçün onları mötədil islama çağıran Bütün Qafqazın Şeyxi bu yolda bütün səylərini əsirgəməməyin vacib olduğunu vurğulayıb.

Sonra Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə 60 yaşı tamam olan İsmayıl Berdiyevə həm prezident İlham Əliyevin hədiyyəsini çatdırıb, həm də öz hədiyyəsini təqdim edib.

Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyev tədbirdən sonra bütün Qaraçay-Çərkəz Respublikasının rəhbəri Raşid Temrezov Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəni qəbul edib. Tərəflər belə görüşlərin münasibətlərin daha da möhkəmlənməsində vacib rol oynadığını bildiriblər.

Qaraçay-Çərkəz Respublikasına səfəri başa çatdıqdan sonra Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə belə görüşlərin əhəmiyyətindən və gələcəkdə həyata keçiriləcək planlardan danışıb.

Qeyd edək ki, Qaraçay-Çərkəz Respublikasının rəhbərliyi Bütün Qafqazın Şeyxini hazırda tikilməkdə olan məscidin gələcəkdə keçiriləcək açılışına dəvət edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm