Bakıda daha bir neçə yol bağlanır
Bizi izləyin

Qırmızı.az

Bakıda daha bir neçə yol bağlanır

Bu gün saat 22:00-dan etibarən Bakının Neftçilər prospekti və Yusif Səfərov küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq. “Azəryolservis” ASC-nin mətbuat xidmətindən Anspress-ə verilən məlumata görə, yolun bağlanmasına səbəb ərazidə aparılan təmir-bərpa işləridir.



Belə ki, yolun hərəkət hissəsinin üfiqi nişanlanması (hərəkət istiqamətini göstərən oxlar, piyadalar üçün zebra tipli keçid yeri, üçbucaq formalı nişanlanma, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanma yerinin nişanlanması, avtobus dayanacağının nişanlanması və s.) məqsədilə Neftçilər prospekti və Yusif Səfərov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.



Qeyd edək ki, yol hissə-hissə, qismən bağlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm