Qırmızı.az
Əhliman Əmiraslanov pulsuz əməliyyatla bağlı göstəriş verdi
Bu gün, aprelin 12-də millət vəkili, 65 saylı Sabirabad-Saatlı-Kürdəmir seçki dairəsindən deputat seçilmiş Əhliman Əmiraslanov Saatlı rayonundan olan seçiciləri ilə görüş keçirib. Rayonun Yeni Azərbaycan Partiyasının binasında baş tutan görüşdə Saatlı İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, YAP rayon təşkilatının sədri Lütfəli Şıxəliyev də iştirak ediblər.
60-dan çox seçicinin qatıldığı görüş zamanı akademik Əhliman Əmiraslanov sakinləri maraqlandıran məsələlərdən söz açıb. Azərbaycan Tibb Universitetinin rektoru son illər bölgələrdə, o cümlədən Saatlıda aparılan quruculuq işlərindən, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və nəzərdə tutulan yeni layihələr barədə danışıb.
Daha sonra seçicilər onları narahat edən problemləri səsləndiriblər. Bunlar əsasən sosial yönümlü məsələlər olub. Rayonun Varxankənd, Dəllər, Yeni Novruzlu, Musabəyli, Bəyli və digər kəndlərdən olan seçicilər əsasən səhhətlərində üzləşdikləri problemlərin həllində Əhliman Əmiraslanovdan yardım istəyiblər. Həmçinin, orta məktəblərin sosial problemləri, ali məktəblərdə ödənişli təhsil, suvarma, qaz və digər məsələlərlə bağlı müraciətlər edilib. Bəyli kəndinin sakinləri isə rayonda məktəb və tibb məntəqəsinin yoxluğundan gileyləniblər. Musabəyli kəndindən sakini Amil Pirişov zəlzələdən xəsarət alan evinin təmiri üçün kömək istəyib.
Millət vəkili bəzi müraciətlərin dərhal həlli barədə göstəriş verib. Şəkərli diabet , göz, oynaq xəstəliklərinin müayinəsi və müalicəsi, övladını əqrəb sancan xəstənin müalicəsi, bundan əlavə bir neçə nəfərin, o cümlədən onkoloji xəstəliyi olan seçicinin pulsuz əməliyyat olunması ilə bağlı konkret tapşırıqlar verilib.
Xatırladaq ki, Milli Məclis üzvü Əhliman Əmiraslanov mütəmadi olaraq seçicilərlə görüşür. Bundan əlavə, akademikin təşəbbüsü ilə hər il bir neçə dəfə Tibb Universitetinin həkim briqadası Saatlı, Sabirabad rayonlarında pulsuz müayinələr həyata keçirirlər.
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO