• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Problemlər həll olunacaq”- Cavanşir Paşazadə planlarını açıqladı

“Problemlər həll olunacaq”- Cavanşir Paşazadə planlarını açıqladı

Millət vəkili Cavanşir Paşazadə 75 saylı Lənkəran-Masallı seçki dairəsindən olan seçicilərin problemləri və bu problemlərin aradan qaldırılması üçün gördüyü işlərdən danışıb.

C. Paşazadə Publika.Az -a açıqlamasında deyib ki, həmin dairədən iki dəfə deputat seçilib. O, əsas məqsədinin seçicilərin problemlərinin aradan qaldırılması və bacardığı qədər hamıya kömək etmək olduğunu deyib: “Bu dairəyə daxil olan rayon tipli Liman şəhəri var. Burda vətəndaşların qaldırdığı problemlə əsasən 2 saylı orta məktəbə gedən 1,5 kilometr yol şəxsi vəsaitimiz hesabına asfaltlaşdırılıb.

Eyni zamanda, vəsait hesabına orda müasir tipli boks mərkəzi yaradıldı. Separadi kəndində müxtəlif titullu 47 idmançımız var, onların qaldırdığı məsələ əsasında həmin kəndə güləş və cüdo mərkəzi tikildi. Mərkəz 1800 kvadratmetr ərazidə yerləşir. Ona qədər cüdo mərkəzi primitiv qaydada idi. Bunu nəzər alaraq həmin kəndə müasir tipli cüdo mərkəzi tikilməkdədir və işlərin başa çatır.

May ayında ulu öndər Heydər Əliyevin doğum gününə istifadəyə veriləcək. Dairəni əhatə edən Xıl kəndində yeni məktəb tikilib istifadə verildi. Ordakı məktəb 1924-cü ildə tikilmişdi. Biz bu məsələni müvafiq qurumların qarşısında 4 dəfə qaldırdıq və nəhayət bu il həmin məktəb yenidən müasir formada istifadəyə verildi. Burdakı məktəb 1924-cü ildə tikilib. Həmin məktəb 2011-2012-ci ildə 4 dəfə nazirlər kabinetində məsə qaldırılmışdı büdcə hesabına plana salındı və həmin il tikilib istifadəyə verildi. Bundan başqa Cil kəndi orta məktəbi də qaldırdığımız məsələ əsasında təmir edildi. Kəndi əhatə edən 3 kilometr yol isə şəxsi vəsait hesabına asfaltlaşdırıldı”.

Deputat qeyd edib ki, onun seçildiyi dairəyə daxil olan Masallının Türkoba kəndində də bir sıra işlər həyata keçirilib: “Həmin kənd qazla təmin olunub, lakin 30 ailənin qaz problemi var idi. Bu problemi araşdırdıq və şəxsi vəsaitimiz hesabına həmin 30 ailənin qazla təmin olunmasını həll etdik. Ucqar Dəgiran kəndində isə həkim-mama məntəqəsi yaratdıq. Çünki bu kənlə Lənkəranın arasındakı məsafə 40 kilometrdir və bu məsafəni qət etmək vətəndaşlar üçün xeyli problem yaradır. Buna görə də həmin məntəqənin yaradılmasının vacib gördük.

Bir ədəd də təcili tibbi yardım maşını hədiyyə etmişik. Bu dairədə ən böyük problemlərindən biri Zovlan-Bolqa kəndləri arasındakı 30 kilometrlik yolun yararsız olması idi. İnsanlar bir kəndən - digərinə gedə bilmirdi. Ötən il cənab Prezident Lənkəranda olanda bu problemi qaldırdıq və həll olunmasına göstəriş verildi. Həmin yol müasir formada asfaltlaşdı, həmçinin qazla bağlı yaranmış problemi aradan qaldırdıq.

Bununla yanaşı, ən böyük qəsəbə olan Nərimanabad qəsəbəsi ilə Liman arasındakı 18 kilometrin asfaltlaşdırılması, həmçinin qəsəbənin qazlaşdırılması problemini qaldırdıq. Cənab Prezident tapşırıq verdi və martın 12-dən artıq işlərə başlanılıb. Yaxın günlərdə bu problem də öz həllini tapacaq. Böyük kəndlərdən olan Xıl kəndinin qazla təmin olunması problemi də həllini tapıb. Bu məsələni “Azəriqaz”ın qarşısında qaldırdıq, bildirdilər ki, 2014-cü ilin 4-cü rübündə bu problem həllini tapacaq. Həmçinin Masallının Mahmudabar və Qibləkənar kəndlərinin də qaz problemi həll olunacaq. Bu işlər nəzarətdədir”.
Deputat bundan sonra da problemlərin həlli istiqamətində işlərin davam edəcəyini qeyd edib.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR