Azərbaycanın Milli Qəhrəmanı vəfat edib
Bizi izləyin

Qırmızı.az

Azərbaycanın Milli Qəhrəmanı vəfat edib

Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanı vəfat edib.

Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanı vəfat edib.

Publika.az-ın Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin saytına istinadən verdiyi xəbərə görə, xidmətin əməkdaşı Slesaryov Mixail Aleksandroviç vəfat edib.

Xatırladaq ki, Slesaryov Mixail Aleksandroviç 8 may 1955-ci ildə Rusiyanın Smolensk şəhərində doğulub. 1970-ci ildə 4 saylı Smolensk şəhər orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra, təhsilini 19 saylı texniki peşə məktəbində davam etdirib. 1971-ci ildə Smolensk Kənd Təsərrüfatı Texnikası Birliyində traktorçu işləməyə başlayıb. 1975-ci ildə Sovet Ordusu sıralarına çağırılıb. 1977-ci ildə xidmətini başa vuraraq, göndərişlə Tbilisi Gizirlər məktəbinə daxil olub. Məktəbi bitirərək, Bakıya qayıdıb. 1981-86-cı illərdə motoatıcı taqımı komandiri, 1986-99-cu illərdə mühafizə taqımının rəisi vəzifələrində işləyib. 1999-cu ildə Qobustan həbsxanasında xidməti vəzifəsini yerinə yetirərkən həbsxanada baş verən hadisə zamanı qəhrəmanlıq nümayiş etdirib. Mixail dərhal əməliyyat qrupu yaradaraq, qiyamı yatırmağa müvəffəq olub. 1999-cu ildə kiçik leytenant rütbəsi alıb. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hərbi hissəsində taqım komandiri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 1999-cu il tarixli 73 saylı Fərmanı ilə Slesaryov Mixail Aleksandroviçə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.

Ailəli olub, iki övladı var.

Allah rəhmət eləsin!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm