Avtomobil 15 metrlik dərəyə düşüb: 1 nəfər ölüb
Bizi izləyin

Qırmızı.az

Avtomobil 15 metrlik dərəyə düşüb: 1 nəfər ölüb

Gədəbəydə avtomobil 15 metrlik dərəyə yuvarlanıb.

Gədəbəydə avtomobil 15 metrlik dərəyə yuvarlanıb.

Dünən gecə Gədəbəy rayonunun Zəhmət kəndi ərazisində avtoqəza baş verib. Gədəbəyin Qaradağ kənd sakini 43 yaşlı Eldar Abdullayev Şəmkirdən yaşadığı kənddə gedərkən idarəetməni itirib və avtomobil 15 metr dərəyə yuvarlanıb. Qəza nəticəsində "VAZ 2106"nın sürücüsü hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə yerinə cəlb olunan FHN-nin əməkdaşları təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi dərədən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. İlkin ehtimala görə sürücü Eldar Abdullayev sükan arxasında əyləşərkən ağır dərəcəli sərxoş olub.

Faktla bağlı Gədəbəy rayon Polis şöbəsində araşdırma aparılır. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm