Qadın sahibkarlığının inkişafı üzrəkonfrans keçiriləcək
Bizi izləyin

Qırmızı.az

Qadın sahibkarlığının inkişafı üzrəkonfrans keçiriləcək

Aprelin 24-də Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatı üzrə Xüsusi Proqram (SPECA) çərçivəsində Qadın sahibkarlığının inkişafı üzrə Beynəlxalq konfrans keçiriləcək.

Tədbirdə AQUPDK-nın sədri Hicran Hüseynova açılış nitqi ilə çıxış edəcək.

Komitənin mətbuat xidmətindən AzərTAc-a bidlirmişlər ki, konfransda Bolqarıstan, Belarus, Gürcüstan, Rusiya, Almaniya, Türkiyə, İordaniya, Latviya, Litva, Fransa, Mərakeş, Qətər, Əfqanıstan, Türkmənistan təmsilçiləri ilə yanaşı, Ərəb Sahibkar Qadınlar Şurasının nümayəndələrinin də iştirakı nəzərdə tutulub.

Konfransın əsas mövzusunu qadın hüquqlarının müdafiəsi, qadınların sahibkarlığının artırılması, beynəlxalq təşkilatlarla dövlətlərin ikitərəfli əlaqələrinin genişləndirilməsi təşkil edir.

Tədbir çərçivəsində qadın sahibkarlığının gücləndirilməsi sahəsində iştirakçı dövlətlərin müsbət təcrübəsi haqqında müzakirələr də aparılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm