Qırmızı.az
Vətəndaşlara qayıdış şəhadətnaməsi veriləcək
Nazirlər Kabineti “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin blanklarının ciddi hesabat sənədi kimi uçotu Qaydaları"nda dəyişiklik edilməsi haqqında” 2012-ci il 21 noyabr tarixli qərarında dəyişiklik edib.
Publika.az-ın məlumatına görə, bu qərara görə 2014-cü il yanvarın 1-dən etibarən xarici ölkədə şəxsiyyət vəsiqəsi itmiş, oğurlanmış və ya yararsız hala düşmüş, həmçinin şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş Azərbaycan vətəndaşına, eyni zamanda onunla birgə ölkəyə qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan vətəndaşına Azərbaycanın diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən ölkəyə qayıtmaq üçün qayıdış şəhadətnaməsi verilməliydi. Eyni hüquqlar ölkədə qanuni əsaslarla yaşayan vətəndaşlığı olmayan şəxsə, onunla birgə Azərbaycana qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış uşağına da aid edilir.
Dəyişikliyə görə, şəxsiyyət vəsiqəsi itmiş, oğurlanmış və ya yararsız hala düşmüş, həmçinin şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş Azərbaycan vətəndaşına qayıdış şəhadətnaməsinin verilməsinə 2014-cü il yanvarın 1-dən başlanılması təxirə salınıb.Bu cür şəhadətnamənin verilməsinə 2015-ci il yanvarın 1-dən başlanacaq.
Bu, Azərbaycan vətəndaşlarına yeni nəsil, elektron daşıyıcıya malik şəxsiyyət vəsiqələrinin verilməsinə 2014-cü il yanvarın 1-dən deyil, 2015-ci yanvarın 1-dən verilməyə başlanacağı ilə bağlıdır.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...