Goranboyda 33 yaşlı şəxs bıçaqlandı
Bizi izləyin

Qırmızı.az

Goranboyda 33 yaşlı şəxs bıçaqlandı

Goranboyda 33 yaşlı şəxs bıçaqlanıb.

Goranboyda 33 yaşlı şəxs bıçaqlanıb.

Aprelin 13-ü axşam saat 22:00 radələrində Gəncə şəhər təcili tibbi yardım xəstəxanasına üzərində bir və ya bir neçə bıçaq yarası olan yaralı daxil olub.

Həkimlər dərhal həmin şəxsi əməliyyat edib. Araşdırmalar zamanı müəyyən olunub ki, bıçaqlanan şəxs Goranboy rayon sakini 33 yaşlı Səid Qasımovdur. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti ağır kimi qiymətləndirilir. Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələlik məlum deyil.

Hazırda Goranboy RPŞ bu istiqamətdə zəruri əməliyyat tədbirləri həyata keçirir. /Kəpəz TV/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm