• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bakıda yol qəzası baş verib, xəsarət alan var

Bakıda yol qəzası baş verib, xəsarət alan var

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda yol-nəqliyyat qəzası baş verib və bir nəfərin köməyə ehtiyacı olub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaşa məxsus "FORLAND" markalı yük avtomobili yol kənarındakı divara çırpılıb. Nəticədə, avtomobil deformasiyaya uğrayıb və sürücü sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qeyd olunan vətəndaşı avtomobildən çıxararaq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım stansiyasının həkimlərinə təhvil verib, habelə, hadisə yerində müvafiq təhlükəsizlik tədbirlər görüblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR