“Qurtuluşumuzu əbədiləşdirək” layihəsi başladı
Bizi izləyin

Qırmızı.az

“Qurtuluşumuzu əbədiləşdirək” layihəsi başladı

Virtual Qarabağ Mərkəzində "Qurtuluşumuzu Əbədiləşdirək" layihəsi baş tutub.

Publika.Az-ın məlumatına görə, layihə prezident yanında Gənlər Fondunun (AZGF) maliyyə dəstəyilə baş tutub.

Qeyd edək ki, 1997-ci ildən bu günə kimi 15 İyun tarixini "Milli Qurtuluş" günü kimi qeyd edilir. Məhz həmin gün, 1993-cü il 15 iyun tarixində Ümumilli lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə " Milli Qurtuluş " günü kimi daxil oldu." Qurtuluşumuzu əbədiləşdirək " layihəsi məhz bu unudulmaz tarixdən hazırkı dövrə qədər olan dövrü və Ümumilli liderimiz Heydər Əliyevin fəaliyyət dövrünü gənclərin təsəvvüründə və fəaliyyətində əbədiləşdirmək məqsədi daşıyır.

Layihə çərçivəsində Heydər Əliyevin siyasi irsi, onun həyatı və fəaliyyəti barəsində kitabça hazırlanıb. Kitabçada həmçinin də ümumilli lider Heydər Əliyevin fəaliyyətini əks etdirən fotolarda yer alıb.

Layihə çərçivəsində hazırlanmış kitabçalar ictimai yerlərdə, müxtəlif təhsil müəssisələrində paylanılacaq.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm