Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını öldürdü
Bizi izləyin

Qırmızı.az

Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını öldürdü

Azərbaycan Silahlı Qüvvələrində silahlı insident baş verib.

Müdafiə Nazirliyinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olan əsgəri hərbçi yoldaşını güllələyib. Hadisə ötən gün baş verib.



Axşam saatlarında hərbi hissənin əsgəri Afiyəddin Cavadov əsgər yoldaşı Nicat Hacızadəyə atəş açıb. Ağır yaralanan əsgəri xəstəxanaya apararkən yolda dünyasını dəyişib.



Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir. Belə ki, əsgər əlindəki silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində atəş açılıb.



Faktı Müdafiə Nazirliyinin mətbuat xidməti Anspress-ə təsdiqləyib. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm