Üç ayda 232 nəfər öldü - Yol terroru
Bizi izləyin

Qırmızı.az

Üç ayda 232 nəfər öldü - Yol terroru

2014-cü ilin ilk 3 ayı ərzində (yanvar, fevral, mart) respublikanın yollarında 523 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisələr nəticəsində 232 nəfər ölüb, 499 nəfər yaralanıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Şöbə rəisinin sözlərinə, bu ilin I rübündə baş verən hadisələrin təhlili göstərir ki, görülən müvafiq tədbirlər nəticəsində ötən ilin analoji dövrü ilə müqayisədə hadisələr 123, ölüm 26, yaralanma 192 fakt azalıb.

Bu ilin ilk rübü ərzində Bakıda 199 yol qəzası baş verib. Hadisələr zamanı 61 nəfər ölüb, 193 nəfər yaralanıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hadisələr 22, ölüm 19, yaralanma 18 fakt azalıb.

Piyadaların vurulması ilə nəticələnən 221 hadisə qeydə alınıb, nəticədə 86 nəfər ölüb, 152 piyada yaralanıb.

Qəzaların 153-ü sürət həddinin aşılmasına görə baş verib. Nəticədə 88 nəfər ölüb, 118 nəfər yaralanıb.

Ötmə və qarşı hərəkət zolağına çıxma nəticəsində 163 qəza baş verib, 64 nəfər ölüb, 201 nəfər yaralanıb.

Sərxoş vəziyyətdə olan sürücülər tərəfindən 10 yol qəzası törədilib. Bu zaman 6 nəfər ölüb, 11 nəfər yaralanıb.

Qəzalarda ölənlərin 14-ü, yaralananların isə 29-u azyaşlılar olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm