Falçılardan ehtiyatlı olun!
Bizi izləyin

Qırmızı.az

Falçılardan ehtiyatlı olun!

Falçılardan ehtiyatlı olun!

Moskvada 3 qadın cadunu təmizləmək adı ilə gənc qadını tovlayaraq ondan 7,5 milyon rubl (210 min dollar) qoparıb. Qadın bu pula ev almaq istəyirmiş.

Belə ki, aprel ayının 10-da Moskva küçələrinin birində qaraçı görkəmində olan 3 qadın 24 yaşlı qadına yaxınlaşaraq onların ailəsində cadunun olduğunu bildirib. Dərhal cadunu təmizləmək üçün pul vəsaiti tələb olunub.

Rus xəbər saytından verilən məlumata əsasən, qadın hipnoz altında 160 min dollar, 10 min avro, 150 min rubl ( ümumi dəyər 7 milyon 350 min dollar) pulu gətirərək fırıldaqçılara verib.

Qeyd olunur ki, zərərçəkən növbəti gün özünə gələrək bu haqda polisə xəbər verib.

Artıq cinayət işi açılıb və fırıldaqçı qadınlar operativ axtarışa verilib.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm