Avropa Şurası Azərbayacana korrupsiya ilə mübarizədə dəstək verə bilər
Bizi izləyin

Qırmızı.az

Avropa Şurası Azərbayacana korrupsiya ilə mübarizədə dəstək verə bilər

Sözügedən planın qəbul edilməsi ilə bağlı müzakirələr artıq bir ildir ki, gedir. Fəaliyyət Planında korrupsiyaya qarşı mübarizə ilə bağlı da tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu sənəddə müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulub

Avropa Şurası ilə Azərbaycan hökuməti arasında Fəaliyyət Planı bu ilin sonunadək qəbul olunacaq”. Bunu Publika.Az-a açıqlamasında Avropa Şurasının (AŞ) Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini Teymur Məlikaslanov bildirib.

Onun sözlərinə görə, hazırda sözügedən Fəaliyyət Planı ilə bağlı işçi qaydada müzakirələr aparılır. T.Məlikaslanov deyib: “Sözügedən planın qəbul edilməsi ilə bağlı müzakirələr artıq bir ildir ki, gedir. Fəaliyyət Planında korrupsiyaya qarşı mübarizə ilə bağlı da tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu sənəddə müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Bu sənəd qəbul olandan sonra Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlıq daha da güclənəcək”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm