Polisə rüşvət verən azərbaycanlı həbs olundu - Rusiyada
Bizi izləyin

Qırmızı.az

Polisə rüşvət verən azərbaycanlı həbs olundu - Rusiyada

Rusiyada polisə rüşvət verən azərbaycanlı həbs edilib. Bryansk vilayətində azərbaycanlı qanunsuz yerdə "yolka" satışı ilə məşğul olub.

Polis İdarəsinin yaydığı məlumata görə, 25 dekabr 2013-cü ildə Bryanskda Aviasiya küçəsində 26 yaşlı Azərbaycan vətəndaşı 500 rubl polisə rüşvət verib. Beləliklə, o polisdən inzibati məsuliyyətdən yayınmaqda ona kömək etməsini istəyib.

Gənc azərbaycanlı 1 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə həmçinin həbs olunan həmyerlimizi 15 min rubl (330 AZN) məbləğində cərimələyib./Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm