Qırmızı.az
Ötən ay Azərbaycan sərhədlərini pozduğuna görə 20 nəfər saxlanılıb
2014-cü ilin mart ayı ərzində 20 halda Azərbaycanın dövlət sərhədini pozduqları üçün 20 nəfər saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, saxlanılanların 8 nəfəri Azərbaycan, 5 nəfəri Özbəkistan, 2 nəfəri İran İslam Respublikası, 2 nəfəri Gürcüstan, 1 nəfəri Rusiya, 1 nəfəri Moldova, 1 nəfəri Ukrayna vətəndaşı olub. Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 5 halda 5 nəfər, Xəzər dənizində 39 halda 57 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq- mühafizə orqanları tərəfindən axtarışda olan 205 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 16 halda 4 kiloqram 711,5 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 63 halda ümumi dəyəri təqribən 187 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd pnevmatik tapança, 1 ədəd tüfəng, ov tüfəngi üçün 49 ədəd patron, 2 ədəd elektrokeyləşdirici, 1 ədəd beşbarmaq, 5886 qutu siqaret, 6660 ədəd pirotexniki vasitə, 315 baş xırdabuynuzlu, 17 baş iribuynuzlu mal-qara, 5 baş at, 97 ədəd mobil telefon müxtəlif növ dərman preparatları, spirtli içki, sənaye və ərzaq malları saxlanılıb.
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib