
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə xəbərdarlıq edib.
Publika.az NİİM-in saytına istinadən xəbər verir ki, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Heydər Əliyev prospekti - Əsas yolda (Koroğlu metrosu istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - Kənar yoldan istifadə etmələri tövsiyə olunur.