İnquşetiyanın Turizm Komitəsinin sədri “İrəli”nin qonağı olub
Bizi izləyin

Qırmızı.az

İnquşetiyanın Turizm Komitəsinin sədri “İrəli”nin qonağı olub

İnquşetiya Respublikasının Turizm Komitəsinin sədri Aristov Stanislav Oleqoviç “İrəli” Gənclik Mərkəzinin qonağı olub.

Publika.Az-ın məlumatına görə, görüşdə “İrəli” İctimai Birliyinin baş katibi Azər Abdullayev, Korporativ əlaqələr üzrə katib Niyaz Əliyev iştirak edib.

İlk olaraq qonaq “İrəli” Gənclik Mərkəzi ilə tanış olub və “İrəli” Radio, “İrəli” Prodakşn, Kitabxana, “Təlim və Karyera” Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib.

Daha sonra “İrəli” İctimai Birliyinin baş katibi Azər Abdullayev birliyin fəaliyyət istiqamətləri, təşkilatın strukturu, həyata keçirilən son layihələr haqda qonaqlara ətraflı məlumat verib. Görüş əsnasında birgə görülə biləcək layihələr, gələcək fəaliyyət perspektivləri müzakirə olunub.

Eyni zamanda görüşdə təşkilatın strukturu, fəaliyyət istiqamətləri və layihələri barədə geniş məlumatı özündə əks etdirən təqdimat göstərilib.

Görüşün sonunda qonaqlarla birgə xatirə fotosu çəkilib və “İrəli”nin fəaliyyətini əks etdirən hədiyyələr təqdim edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm