Ana 7 övladını öldürdü - FOTO
Bizi izləyin

Qırmızı.az

Ana 7 övladını öldürdü - FOTO

ABŞ-ın Yuta ştatında baş vermiş dəhşətli, tükürpədici olay ölkəni şoka salıb. 39 yaşlı Meqan Hantsman adlı qadının son 10 ildə dünyaya gətirdiyi 10 övladını öldürərək cəsədləri evin qarajındakı qutularda saxladığı aşkarlanıb.


Milli.Az ABC-yə istinadən bildir ki, bu ağlasığmaz olay Hantsmanın boşandığı əri evə qayıdandan sonra qarajı təmizləməyə başlayanda üzə çıxıb.

Hazırda böyüyü 19, kiçik 13 yaşda 3 qız anası Hanstman polisə verdiyi ifadəsində son 10 ildə doğduğu 7 uşağı öldürərək 2011-ci ilədək yaşadığı sabiq evinin qarajında, karton qutularda "saxladığını" etiraf edib.


Solt-Leyk-Sitidən təqribən 50 km aralıdakı Plizent Qrouv şəhərciyində Meqan Hantsmanın 2011-ci ilədək yaşadığı evə baş çəkmiş sabiq əri Darren Uestdeyib: "Qarajı yığışdırmaq qərarına gəldim. Orada karton qutular vardı. Qutulardan birini açanda orada uşaq cəsədi gördüm. Dəhşətə gəlmişdim".


Sabiq ər polisə zəng vurandan sonra asayiş keşikçiləri qarajda axtarış aparıblar və içində uşaq cəsədləri olan daha 6 karton qutu tapıblar.


CBS News bildirir ki, Meqan Hantsman 1996-2000-ci illərdə 7 uşaq doğub və həmin körpələr dünyaya gələn kimi onları boğaraq öldürüb.


Meqan Hantsmanın sabiq əri Darren Uest 2005-ci ildə metamfetamin satmaqda suçlanaraq tutulmuş, 2006-cı ildə 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.


O, 3 il sonra həbsdən buraxılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm