ARDNŞ ABŞ Konqresində brifinq keçirib
Bizi izləyin

Qırmızı.az

ARDNŞ ABŞ Konqresində brifinq keçirib

ARDNŞ-nin Amerika Nümayəndəliyi ABŞ Konqresinin Rayburn binasında “Avropa üçün təhlükəsiz enerji mənbəyi” mövzusunda brifinq təşkil edib.

Şirkətdən bu barədə Publika.Az-a bildiriblər ki, brifinqin keçirilməsində əsas məqsəd Cənub Qaz Dəhlizinin etibarlı enerji mənbəyi kimi əhəmiyyətini vurğulamaq olub.

Brifinqdə konqress üzvlərinin, Macarıstan, Albaniya, Litva, Makedoniya, Çex Respublikasının səfirliklərinin nümayəndələri iştirak etmişlər. ATƏT, Amerika yəhudi icması, “Statoil” şirkəti, Vaşington Institutu, Konqresin Xarici Əlaqələr Komitəsi və Atlantik Şurası kimi təşkilat və şirkətlərin də tədbirdə təmsil olunması regionun və Azərbaycanın regiondakı rolunun daim diqqət mərkəzində saxlanıldığını bir daha sübut edib. Tədbirin birinci hissəsində Corctaun universitetinin mühazirəçi-professoru Brenda Şaffer Avropanın enerji tələbatının ödənilməsində və enerji idxalı mənbələrinin diversifikasiyasında Azərbaycanın rolundan danışıb.

İştirakçılara Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi barəsində ətraflı məlumat verilmiş, Ukrayna böhranı kontekstində Azərbaycanın təbii qazının ixracı ilə bağlı məsələlər müzakirə olunub. İkinci hissədə ARDNŞ-nin ABŞ-dakı nümayəndəsi Rauf Məmmədov Azərbaycan iqtisadiyyatı, neft-qaz sənayesinin tarixi və hazırkı vəziyyəti, ARDNŞ-nin əsas fəaliyyət istiqamətləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Brifinqin sonunda natiqlər tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm