Azərbaycanda 11 yaşlı məktəbli özünü asdı
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda 11 yaşlı məktəbli özünü asdı

Hadisə bu gün səhər saatlarında baş verib

İsmayıllının Quşəncə kəndində 11 yaşlı məktəbli intihar edib. 2003-cü il təvəllüdlü Cəbiyev Vüqar Natiq oğluözünü həyətdəki ağaclardan birində asıb. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

İsmayıllı rayon Prokurorluğundan "Kanal S" ə verilən məlumata görə, mərhumun anası həmin vaxt bulağa su gətirməyə gedib və evə qayıdanda uşağını həyətdə asılmış vəziyyətdə görüb. Anasının sözlərinə görə, o, uşağı səhər məktəbə yola salıb. Ancaq onun hansı səbəbdən evə tez qayıtması və intihar etməsi məlum deyil. Mərhumun cəsədi müayinə üçün morqa aparılıb.

Hazırda İsmayıllı rayon Prokurorluğu faktı araşdırır. Hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra məlum olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm