Bu gecə Bakıda ağır yol qəzası baş verib
Bizi izləyin

Qırmızı.az

Bu gecə Bakıda ağır yol qəzası baş verib

Bu gecə Bakının Yasamal rayonu ərazisində bir sürücünün yol verdiyi ani səhv avtomobil qəzasına səbəb olub.

Bu gecə Bakının Yasamal rayonu ərazisində bir sürücünün yol verdiyi ani səhv avtomobil qəzasına səbəb olub.

Avtoqəza Bakıxanov küçəsi ilə İnşaatçılar prospektinin kəsişməsində qeydə alınıb.

Qəzada toqquşan avtomobillərdən “Lexus” markalı minik maşını prospektlə Bakıxanov dairəsi istiqamətində, “Nissan” markalı avtomaşınsa əksinə, İnşaatçılar prospekti istiqamətində hərəkət edirmiş.

Qəza nəticəsində "Lexus"un sürücüsü baş və ayağından xəsarət alaraq 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

Qəzada avtomobillər də ciddi ziyan görüb. Hətta zərbənin təsirindən “Nissan” markalı avtomaşın toqquşma nöqtəsindən təxminən 15-20 metr arxaya gedib.

Yol nəqliyyat hadisəsinin təfərrüatlarını isə Yasamal polisi araşdırır. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm