Liftdə köməksiz vəziyyətdə qalan şəxs xilas olunub
Bizi izləyin

Qırmızı.az

Liftdə köməksiz vəziyyətdə qalan şəxs xilas olunub

Bakının Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Bakının Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 4-cü mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə qaldıraraq qapılarını açıb və zərərçəkmişin liftdən çıxmasına şərait yaradıblar.

Əməliyyat saat 02:00-da başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm