Bakının ən böyük prospektindəki əsas yol açıldı
Bizi izləyin

Qırmızı.az

Bakının ən böyük prospektindəki əsas yol açıldı

Bakıda Heydər Əliyev prospektində Xətai rayonunda yerləşən "Bazarstor" ticarət mərkəzinin qarşısındakı yol qovşağından Böyükşor yol qovşağına qədər hissədə yolun üfüqi nişanlanması işlərinin aparılması ilə əlaqədar bağlanmış əsas yol artıq açılıb. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevbildirib.

Onun sözlərinə görə, yolun hərəkət hissəsinin üfqi nişanlanması (hərəkət istiqamətini göstərən oxlar, piyadalar üçün zebra tipli keçid yeri, üçbucaq formalı nişanlanma, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanma yerinin nişanlanması, avtobus dayanacağının nişanlanması və s.) işlərinin aparılması məqsədilə prospektin əsas yolu dünən, aprelin 14-də axşam saat 22:00-dan etibarən bağlanmışdı. Artıq işlər bu gün səhər saatlarınadək görülüb qurtardığından əsas yol açılaraq istifadəyə verilib.



P.Mürsəliyev həmçinin qeyd edib ki, bu gün axşam saat 22:00-dan etibarən isə üfqi nişanlama işlərinin aparılması ilə əlaqədar prospektin köməkçi yolları bağlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm