Qırmızı.az
Bakıda taksofonlar Wi-Fi funksiyası ilə təchiz ediləcək
Bakıda taksofonları Wi-Fi funksiyası və nəqliyyat kartlarının yüklənməsi ilə təhiz etmək planlaşdırılır. Bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyindən deyiblər.
İB-dən bildiriblər ki, dövlət operatoru Nəqliyyat
Nazirliyinin mövcud layihə üzrə təkliflərinə baxmağa və adıçəkilən
qurumun icazəsini aldıqdan sonra texniki və təşkilati məsələləri
həll etməyə hazırdır.
Birlikdən qeyd ediblər ki, bundan başqa, universal
taksofonlara Wi-Fi internetə çıxış və ödənişlərin qəbulu kimi əlavə
funksiyalar əlavə oluna bilər.
İB 2012-ci ilin əvvəlində Bakı ərazisində
multimedia taksofonların quraşdırılmasına başlayıb. Taksofonlar
vasitəsilə xidmətlər həm qəpik, həm də operatorun telefon
kartlarından istifadə edilməklə göstərilir.
Digər tərəfdən, qurğularda zəruri sorğu kitabçası,
şəhər və rayonların kodları, operatorun tarif və xidmətləri üzrə
informasiya təqdim olunub.
Paytaxtda quraşdırılmış multimedia taksofonların
sayı təqribən 100 ədəddir. Qurğular Bakının mərkəzi küçələrində və
insanların daha sıx olduğu yerlərdə quraşdırılıb.
Bu qurğuların üstünlüklərindən biri səs
rabitəsindən başqa, informasiya xidmətlərinin göstərilməsidir.
Multimedia taksofonu kompüter və taksofonun funksiyalarını
biləşdirən aparatdır.
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq