• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Səlim Müslümov Ağdamda sakinlərlə görüşəcək

Səlim Müslümov Ağdamda sakinlərlə görüşəcək

Aprelin 25-də saat 10:00-da əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirliyin Ağdam, Ağcabədi, Laçın, Bərdə rayonlarının sakinləri ilə görüşəcək.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.Az-a verilən məlumata görə, görüş Ağdam rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında baş tutacaq.

Vətəndaşlar info@mlspp.gov.az elektron poçt ünvanı, habelə (012) 596-44-07 (Nazirliyin Ümumi şöbəsi), (026) 325- 03- 57 (Ağdam rayon ƏSMM), (021) 275-53- 24 (Ağcabədi rayon ƏSMM), (020) 205-19-98 (Bərdə rayon ƏSMM), (021) 277-84-01 (Laçın rayon ƏSMM) telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Ağcabədi, Bərdə və Laçın rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Ağdam rayonuna aparılıb gətirilmələri təmin ediləcək.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR