Mikayıl Cabbarov 5 rayonun sakinləri ilə görüşəcək
Bizi izləyin

Qırmızı.az

Mikayıl Cabbarov 5 rayonun sakinləri ilə görüşəcək

Aprelin 21-də saat 11:00-da təhsil naziri Mikayıl Cabbarov İsmayıllı, Şamaxı, Ağsu, Qobustan rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Publika.Az-ın məlumatına görə, görüş İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 15, 16, 17 və 18 aprel 2014-cü il tarixlərində Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna müraciət edərək və ya “Elektron müraciət” bölməsihttp://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırılan məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm