Qar yağacaq
Bizi izləyin

Qırmızı.az

Qar yağacaq

Hava soyuqlaşacaq

Temperatur 4-6 dərəcə enəcək Yanvarın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Bu barədə Publika.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Havanın temperaturunun gecə 2-5, günün birinci yarısında 10-15, axşama doğru isə 6- 8 dərəcə isti olacağı gözlənilir. Bölgələrdə də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

Lakin axşam bəzi şimal və qərb rayonlarında yağış yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14, bəzi yerlərdə 17 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir. Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, günün ikinci yarısından başlayaraq yağış yağacağı ehtimal olunur.

Arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək. Qeyri-sabit hava şəraiti yanvarın 22-dək davam edəcək. Bölgələrdə isə yanvarın 20-da hava şəraitinin qeyri-sabit keçəcəyi, səhər əsasən şimal rayonlarında, axşama doğru isə bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimal olunur. Yağıntılı hava şəraitinin yanvarın 22-dək davam edəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm