Qırmızı.az
Ağsuda 150 kq balığı məhv elədilər
Ağsuda ət və ət məhsulları satışı məntəqələrində reydlər keçirilib. Reydlər zamanı bir sıra maraqlı faktlar ortaya çıxıb. Vaxtı keçmiş 150 kq balıq məhsulları isə yandırılaraq məhv edilib.
Milli.Az Kanal S-ə istinadən bildirir ki, reyd
zamanı şəhərin müxtəlif ərazilərində satılan bəzi balıq
məhsullarının köhnə olduğu üzə çıxıb. Məhsullardan götürülən
analizlər yoxlama məqsədi ilə raboratoriyaya aparılıb. Satışda olan
balıqların insan sağlamlığı üçün təhlükəli olduğu məlum olub. Bu
fakt aşkarlandıqdan sonra satışda olan balıq məhsulları nəzarətə
götürüb. Məlum olub ki, avtomobilin yük yerində günlərdir
antisanitar vəziyyətdə saxlanılan və əhaliyə satılan balıqların
hamısının istifadə vaxtı keçib. Ümumilikdə, 150 kq balıq müsadirə
olunub və Ağsu baytarları tərəfindən yandırılma yolu ilə məhv
edilib.
Məsələyə müdaxilə edən polisin apardığı araşdırma
zamanı məlum olub ki, Bakı bazarlarının birindən gətirilən balığın
yol boyu Qobustan və Şamaxı da daxil olmaqla, bir neçə rayonda
satışı həyata keçirilib. Reydlər zamanı rayon ərazisində ət və
balıq məhsullarının satışı, kəsim qaydası və satış məntəqələrində
sanitariya qaydalarına riayət olunub-olunmaması yoxlanılıb. Aşkar
edilən nöqsanlar aktlaşdırılıb və bu nöqsanlara yol verən
sahibkarlara qarşı müvafiq cəza tədbirləri tətbiq olunub, bəzi
qəssablara isə xəbərdarlıq olunub. Reydlərin mütəmadi olaraq rayon
ərazisində davam etdiriləcəyi bildirilir.
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia