“Mən böyüyəndə kim olacam?”
Bizi izləyin

Qırmızı.az

“Mən böyüyəndə kim olacam?”

Autizmli uşaqlara həsr olunmuş “Mən böyüyəndə kim olacam?” adlı foto sərgi keçirilib.

Publika.Az-ın məlumatına görə, Birgə və Sağlam İB və Sosial Xidmətlər Təşəbbüsü İB tərəfindən hazırlanmış “Mən böyüyəndə kim olacam?” adlı foto layihəyə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də öz dəstəyini göstərib.

Fotolayihənin əsas məqsədi autizmli uşaqların da qayğı və dəstək göstərildiyi halda müztəlif peşələrə yiyələnmələrinin mümkünlüyünü ictimaiyyətə çatdırmaqdır. Fotolayihənin açılışı 1 saylı ASAN Xidmət mərkəzində baş tutub. Foto layihədə autizmli uşaqların məşhurlarla çəkdirdikləri fotolar nümayiş olunub. Foto sərgi 10 gün boyunca Bakı şəhərindəki 1, 2 və 3 ASAN Xidmət mərkəzlərində nümayiş olunmağa davam edəcək. Fotolayihədə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar, millət vəkili Qənirə Paşayeva, Fransa mədəniyyət elçisi Pierra Bassis, ikiqat paralimpiya çempionu İlham Zəkiyev, aktyor Bəhram Bağırzadə, peşəkar fotoqraf Cəmil Mirzoyev, rejissor, kinoşünas Ayaz Salayev, Əməkdar Artist Tünzalə Ağayeva, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov, dizayner Ləman Əsgərova və aşpaz Rüstəm Rzayev öz iştirakları ilə autizmli uşaqlara dəstəklərini nümayiş etdiriblər.

Tədbirdə çıxışı zamanı aprel ayının autizmli xəstələrdə bağlı ay elan olunduğunu deyən millət vəkili Qənirə Paşayeva autizmdən əziyyət çəkən uşaqların bu cür fotosərgisinin təşkilinin əhəmiyyətli olduğunu deyib. Autizmlə bağlı cəmiyyətin maarifləndirilməsinə ciddi ehtiyac olduğunu deyən millət vəkilinin sözlərinə görə, ilk öncə ailələrin bununla bağlı geniş maariflənidirilməsinə ciddi ehtiyac var. Ailələr uşaqlarında autizmin olduğunu zamanında bilsələr, doğru mütəxəssi və həkim yardımı alsalar bu uşaqların çoxunun gələcəyini xilas etmək olar. Bundan başqa cəmiyyətimizin bu istiqamətdə maarifləndirilməsi həm də ona görə vacibdir ki, insanlarımız hər yerdə bu cür uşaqlara və ailələrə qarşı həssas olmalı, ictimai yerlərdə belə ailələr heç bir zaman hər hansı sərt reaksiya ilə üzləşməməlidirlər. İnsanlarımız autizmli uşaqların bəzən normadan kənar hərəkətlər edə bildiyindən məlumatlı olmalıdılar. Millət vəkili Qənirə Paşayeva KİV-ləri bu maarifləndirmənin daha da genişləndirilməsində geniş rol oynamağa çağırıb və bildirib ki, autizm xəstəliyi ilə bağlı məsələlər yaxın zamanlarda qanunverici orqanın da müzakirəsində olacaq. Cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən sosial siyasət, ölkəmizin Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu istiqamətdə fəaliyyəti də məhz bu cür insanlara dəstəyi nəzərdə tutur. Bütün cəmiyyətimiz də bu cür ailələrə dəstək olmalı və onları anlamağa çalışmalıdır".

Daha sonra çıxış edən UNİCEF-in Azərbaycandakı nümayəndəsi Mark Harevard çıxış edərək bu istiqamətdə bu cür layihələrin önəmindən danışıb. Tədbirdə layihəyə dəstək göstərən məşhurlar, fotolarda çəkilən uşaqlar və onların ailələri, ASAN Xidmət rəhbərliyi, ictimai təşkilatların və UNİCEF-in nümayəndələri iştirak ediblər.

Autizm sindromununun yaratdığı problemlərin öhdəsindən gəlmək üçün onu tez tanımaq əsas şərtlərdən biridir. Autizm maarifləndirmə tədbirlərində iştirak etməklə ətrafınızdakı insanlara problemlərini həll etməkdə kömək edə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm