Əmək qanunvericiliyini pozanların cəriməsi artıb
Bizi izləyin

Qırmızı.az

Əmək qanunvericiliyini pozanların cəriməsi artıb

Bu ilin birinci rübü ərzində ayrıayrı müəssisələrdə 3277 dəfə əmək qanunvericiliyinin pozulması aşkarlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.Az-a verilən məluamata görə, pozuntular nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən aşkarlanıb.

Həmin hüquq pozuntuları ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq, aidiyyatı işəgötürənlərə tətbiq olunan cərimələrin məbləği ötən ilin birinci rübünə dair müvafiq göstərici ilə müqayisədə 14,1 dəfə çox olub. Eyni zamanda, tətbiq olunmuş cərimələr üzrə ödənilən məbləğ 2013-cü ilin ilk rübündə ödənilən məbləğlə müqayisədə 21,1 dəfə artıb.

Aparılan işlərin əsas məqsədi əmək qanunvericiliyinə əməl olunması, o cümlədən işçi vətəndaşların əməyinin mühafizəsi ilə işəgötürənlərdə məsuliyyət hissinin artırılmasına xidmət edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm