Ermənilər Azərbaycan sərhəddində minaya düşdü: 1 ölü, 1 yaralı
Bizi izləyin

Qırmızı.az

Ermənilər Azərbaycan sərhəddində minaya düşdü: 1 ölü, 1 yaralı

Ermənistanda iki nəfər minaya düşüb. Hadisə Tavuş vilayətində baş verib.



Belə ki, Berdavan kənd sakini 56 yaşlı Rafiq Muqdusyan və Axtanak kənd sakini 49 yaşlı Qabriel Babakyan ot biçərkən minalanmış sahəyə yaxınlaşıblar və minaya düşüblər. Rafiq Muqdusyan hadisə yerində ölüb. Ağır xəsarətlər alan Qabriel Babakyan isə xəstəxanaya yerləşdirilib.



Ermənistan Müdafiə Nazirliyi faktı təsdiqləyib.



Qeyd edək ki, Tavuş vilayəti Azərbaycan və Gürcüstanla sərhəddə yerləşir./Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm