Qırmızı.az
Nazirlik maraqlı faktlar açıqlayıb
2013-cü və 2014-cü ilin ilk üç ayında respublika üzrə qanunsuz olaraq ağacların kəsilməsinə görə 321 nəfərə 4.601. 542 manat cərimə tətbiq olunub. Tətbiq olunan cərimələrin cəmi 70.000 manatı ödənilib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqif Mirzəyev məlumat verib.
Nazirlik rəsmisinin sözlərinə görə, Bakı üzrə 4 000 000 manatdan çox cərimə tətbiq edilsə də, bu cərimələrin yalnız 25 500 manatı ödənilib:
“Özünüz də gördüyünüz kimi, külli miqdarda cərimə tətbiq etsək də, onun yalnız cüzi hissəsi ödənilib".
Raqif Mirzəyev cərimələrin ödənilməməsinə görə rayon icra qruplarını da günahlandırıb:
“Bizdə qanunvericilikdə belədir ki, cərimə qərarları çıxarılır və qanunvericiliyə uyğun olaraq rayon icra qruplarına göndəririk. Onlar da məsələni icraata götürərək cərimənin ödənilməsini təmin etməlidirlər. Lakin təəssüflər olsun ki, bu baş vermir və nəticədə belə acınacaqlı statistika qeydə alınır”. /Aktual.az/
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib