• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

BANM-da polşalı mühəndisin 135-ci ildömününə həsr olunmuş konfrans keçirilib

BANM-da  polşalı mühəndisin 135-ci ildömününə həsr olunmuş konfrans keçirilib

Bakı Ali Neft Məktəbinin rəhbərliyi, professor-müəllim heyəti, tələbələri XX əsrin əvvəllərində Bibi Heybət ərazisində dənizin bir hissəsinin torpaqlanmasında fövqəladə rol oynamış polşalı mühəndis Pavel Nikolayeviç Pototskinin “Bayıl limanı” ərazisindəki qəbrini ziyarət edib və məzarın üstünə gül dəstələri qoyublar.

BANM – ın mətbuat xidmətindən Publika.Az-a verilən xəbərə görə, tədbirdə Polşa Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşları da iştirak edib.

Sonra Bakı Ali Neft Məktəbinin akt zalında əfsanəvi mühəndis Pavel Pototskinin anadan olmasının 135-ci ildönümünə həsr olunmuş konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan rektor Elmar Qasımov müstəqil Azərbaycanın banisi Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi irsimizin öyrənilməsinə və təbliğinə, Azərbaycanın tarixində əhəmiyyətli rol oynamış şəxslərin xatirəsinin yad edilməsinə xüsusi önəm verdiklərini qeyd etmiş, ölkəmizin neft tarixinə şanlı səhifələr yazmış polşalı mühəndis Pavel Pototskinin Bibi Heybət ərazisindəki dənizin bir hissəsində torpaqlama işlərinə rəhbərlik etdiyini, bu hadisənin dünya tarixində dənizdə neft hasilatının başlanğıcı kimi tanındığını, qədirbilən Azərbaycan xalqının bu işdə böyük fədakarlıq göstərmiş Pavel Pototskinin xatirəsinə hörmət və ehtiram bəslədiyini qeyd edib.

Konfrans iştirakçıları Pavel Pototskinin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Bakı Ali Neft Məktəbinin Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru professor Ramiz Hümbətov “Bayıl limanı” ərazisində neft hasilatının tarixi və polşalı mühəndis Pavel Pototskinin ərazinin torpaqlanmasında və neft hasilatında rolu” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Pototskilər nəslinin mənşəyi, bu nəslin görkəmli nümayəndələrinin həyat yolu təhsili, fəaliyyətləri, 1803-cü ildən başlayaraq Bibi Heybət ərazisində dənizdə neft hasilat etmək üçün müxtəlif zamanlarda təşəbbüs göstərmiş mütəxəssislər, onların irəli sürdüyü layihələr, qarşılaşdıqları çətinliklər, bu işlərə hökumət orqanlarının münasibəti haqqında məlumatlar öz əksini tapıb. Polşalı mühəndis Pavel Pototskinin 1911-1932-ci illər ərzində Bibi Heybət ərazisinin bir hissəsinin torpaqlanmasında fövqəladə rol oynadığı tarixi faktlar əsasında şərh edilib, onun dünya miqyasında analoqu olmayan torpaqlama layihələrinin müəllifi və bilavasitə icraçısı olduğu haqqında məlumatlar diqqətə çatdırılıb, Pavel Pototskinin rəhbərliyi altında mürəkkəb mühəndis qurğularının və texnologiyaların yaradılması nəticəsində dünyada ilk dəfə olaraq dəniz ərazisində neft hasilatına nail olunduğu qeyd edilib.

Konfransda çıxış edən Azərbaycan Respublikasının Polşadakı Respubli­ka­sın­dakı Fövqəladə və səlahiyyətli səfiri cənab Həsən Həsənov müstəqil Azərbaycanla Polşa Respublikası arasında diplomatik əlaqələrin qurulmasının tarixi, bu əlaqələr çərçivəsində siyasi, iqtisadi və mədəni əməkdaşlıq istiqamətlərində həyata keçirilmiş layihələr, onların hər iki ölkənin həyatına verdiyi töhfələr, Azərbaycan-Polşa əlaqələrinin bu günki vəziyyəti və perspektivləri haqqında məruzə edib. O, Bakı Ali Neft Məktəbinin kollektivi tərəfindən görkəmli mühəndis Pavel Pototskinin xatirəsinin yad edilməsinin təqdirəlayiq olduğunu və Polşa- Azərbaycan əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcəyini vurğulanıb.

Polşa Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Mixail Labenda Polşa- Azərbaycan əlaqələrinin uzun tarixə malik olduğunu, XIX əsrdən başlayaraq bir çox polşalı mütəxəssislərin Azərbaycanda, Bakıda fəaliyyət göstərdiklərini, polşalı memarların müəllifləri olduğu çoxsaylı binaların unikal memarlıq abidələri kimi indiyə kimi qorunub saxlandığı, Azərbaycanda işləmiş polyak mənşəli mütəxəssislərin sırasında yol mühəndisi Pavel Nikolayeviç Pototskinin şəxsiyyətinin və fəaliyyətinin xüsusi qiymətə layiq olduğunu vurğulanıb. Pavel Pototskinin Bibi Heybət ərazisində torpaqlama işlərində rolundan danışıb, bu şəxsin həm polşalı, həm də azərbaycanlılar üçün qürur mənbəyi olduğunu qeyd edib və Pavel Pototskinin xatirəsinə göstərilən hörmət və ehtirama görə Azərbaycan hökumətinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinə və Bakı Ali Neft Məktəbinin kollektivinə minnətdarlığını bildirib.

Konfransda rejissor Ziya Şıxlinskinin “Şopenin qayıdışı” qısametrajlı filmi nümayiş etdirilib.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR