Azərbaycan Dövlət İqtisad Universitetində məktəblilər üçün təlimlərə start verildi
Bizi izləyin

Qırmızı.az

Azərbaycan Dövlət İqtisad Universitetində məktəblilər üçün təlimlərə start verildi

Azərbaycan Dövlət İqtisad Universitetində “Orta ixtisas təhsil müəssisələri üçün tyutor hazırlığı” təlimlərinə start verilib.

Publika.Az-ın məlumatına görə, Təhsil Nazirliyinin xətti ilə təşkil olunan layihə unuversitetin təcrübəli və bilikli təlimçiləri tərəfindən həyata keçirilir.

Təlimlərin açılışında ADİU-nun rektoru, professor Ədalət Muradov və Təhsil nazirinin müşaviri İlham Pirməmmədov iştirak ediblər. Rektor bildirib ki, bu təlimlər Azərbaycan Respublikası Prezidentinin təsdiqlədiyi “Azərbaycan Respublikasında təhsilin inkişaf üzrə Dövlət Strategiyası”na əsasən tətbiq edilən təhsildə kredit sisteminin tərkib hissəsidir. Ə.Muradov vurğulayıb ki, bu strategiya ilə Azərbaycanda təhsil sferasının islahatları və modernləşməsinin keyfiyyətcə yeni mərhələsi başlanıb. Baloniya sistemində tyutorların əhəmiyyətindən danışan rektor bildirib ki, təlim prosesində təcrübəyə də xüsusi yer veriləcək. Təlim iştirakçıları tədrisin təşkilində və imtahan sessiyalarının gedişatında iştirak edəcəklər.

Təhsil nazirinin müşaviri İlham Pirməmmədov isə deyib ki, tyutor sistemi ADİU-da müvəffəqiyyətlə tətbiq olunduğu üçün təlimlərin keçirilməsini məhz bu universitetə həvalə olunub.

Qeyd edək ki, ilk dəfə təşkil olunan təlim respublikada fəaliyyət göstərən 45 orta ixtisas müəssisəsi üçün nəzərdə tutulub. Dinləyicilər iki ay ərzində Boloniya prosesi, respublikamızda təhsilin inkişafı üzrə dövlət strategiyası, tədris prosesinin təşkili, onun mexanizmi, yay semestrlərinin təşkili, tələbə və müəllimlərin mobilliyi, tələbələrin hüquq və vəzifələri haqqında ətraflı məlumat və biliklər əldə edəcəklər.

Təlim ən müasir, interaktiv üsullarla aparılır, üstünlük təşkil edən praktiki dərslərin sayəsində gələcək tyutorların peşəkar bilik və səriştəsinin artırılmasına zəmin yaradır.

Kursun strukturu və məzmunu “Orta ixtisas tədris müəssilərində kredit sistemi ilə tədrisin təşkili qaydaları”na əsasən tərtib edilib.Kursun sonunda imtahanları müvəffəqiyyətlə verən iştirakçılara sertifikat təqdim olunacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm