• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Təmirdən yeni çıxan məktəb uçdu

Təmirdən yeni çıxan məktəb uçdu

İş icraçısı: “Görünür nəsə problem olub” Ötən gecə Bakının Nəsimi rayonu ərazisində orta məktəbdə uçqun baş verib.

Bu barədə məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat verib. Verilən məlumata görə, hadisə 5-ci mikrorayon ərazisində, “20 Yanvar” küçəsi 5 ünvanında A.Abdullayev adına 211 saylı məktəbdə baş verib. “Məktəbimiz yeni təmirdən çıxıb. Bu il açılışı da olub. Məktəbin pəncərəsinin altında daşlar uçub. Yaxşı ki, həmin daşlar uşaqların üstünə düşməyib. Səhər gəlib görürük ki, məktəbin giriş hissəsi tamamilə dağıdılıb”, - deyə valideynlər bildirib.

Məsələ ilə əlaqədar məktəbin direktoru Vaqif Babayevlə əlaqə saxladıq. Məktəb direktorunun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə dünən axşam saat 17 radələrində baş verib. Bu il yeni əsaslı təmirdən çıxan məktəbin divarında çatlar yaranıb və uçqun olub.

“Məktəbin giriş hissəsində çatlar yaranmışdı. Bu barədə Nəsimi rayon İcra Hakimiyyətinə xəbər verdik. Təmir işlərini həyata keçirən “Alpina” şirkətinin işçilərilə əlaqə saxladıq. Gəlib divarı tamam dağıdıblar və yenidən tikəcəklər”, - deyə Vaqif Babayev bildirib.

Məktəb direktoru bildirib ki, hadisə nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb. Məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətindən bildirdilər ki, hadisə barədə xəbərləri var. Problem tezliklə aradan qaldırılacaq.

Məktəbdə təmir işlərini aparan “Alpina” şirkətinin iş icraçısı İlqar məmmədovun verdiyi məlumata görə, artıq uçan divar sökülüb. Lakin iş icraçısı məktəb divarında çatın hansı səbəbdən yarandığını izah edə bilmədi.

“Görünür nəsə problem olub. Əsas odur ki, düzələcək”, - deyə İlqar Babayev bildirib (ANS).

Xəbər lenti

DAHA ÇOX XƏBƏR