20 Yanvar faciəsi ilə bağlı orijinal aksiya
Bizi izləyin

Qırmızı.az

20 Yanvar faciəsi ilə bağlı orijinal aksiya

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının təşəbbüsü ilə 20 Yanvar Faciəsinin 24-cü ildönümü ilə əlaqədar “Qanlı Faciə - Məğrurluq Tarixi!” adlı e-mail hücumu aksiyası təşkil edilib. Aksiyanın keçirilməsində məqsəd dünya ictimaiyyətini, xüsusilə də dünyanın aparıcı dövlətlərinin parlament üzvlərini Qanlı 20 Yanvar hadisələri haqda məlumatlandırmaq, onlara bu hadisənin törədənlər haqda ətraflı məlumat verməkdir.

Publika.Az xəbər verir ki, 20 yanvar terroru haqda məlumatlar Fransa, Rusiya ı, Böyük Britaniya, Türkiyə, Amerika Birləşmiş Ştatlarının parlament üzvlərinə və eləcə də beynəlxalq və regional təşkilatlar və onların strukturuna daxil olan qurumların elektron ünvanlarına göndərilib. Qeyd edək ki, hədəf ən azı 1500 elektron ünvana 100000 e-mail hücumu və 20 yanvar həqiqətləri ilə bağlı məlumatların çatdırılması olub. Ümumilikdə e-mail hücum nəticəsində müxtəlif dövlətlərin dövlət və hökumət nümayəndələrin türk, rus, ingilis dillərində tərtib edilmiş 120 000-dən çox elektron məktub göndərilib.

Bununla yanaşı 1990-cı il yanvarın 20-də sovet ordusunun erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı haqda məqalə müxtəlif xarici dillərdə dünyanın aparıcı 30 ölkəsinin tanınmış 100 dən çox mətbuat orqanlarna da göndərilib. Belə ki, aksiya çərçivəsində “The USA TODAY”, “The HİLL”, “The Washington Post”, “The New York Times”, “The Jerusalem Post”, “The Jewish Journal”, “Cascade Pioneer”, “Hurriyyet Daily News”, “Pakistan Observer”, “El Pais”, “Saudi Gazette”, “The Moscow Times”, “Nezavisimaya Qazeta”, “China Daily”, “The Sun”, “The Rio Times”, “Le Figaro”, “Die Welt”, “Christian Science Monitor”, “The National Post”, “Arab News”, “Egypt Today”, “Al-Arabiyya” və s kimi dünya səviyyəsində tanınmış mətbuat orqanlarına böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən bu Qanlı Faciə haqqında məqalələr göndərilib.

Eyni zamanda YAP Binəqədi rayon Təşkilatında 20 Yanvar faciəsinə həsr edilmiş sərgi də keçirilib.Aksiyada Binəqədi rayon gəncləri yaxında iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm