“Çağ Öyrətim”in adı dəyişdirilir - Özəl
Bizi izləyin

Qırmızı.az

“Çağ Öyrətim”in adı dəyişdirilir - Özəl

“Çağ Öyrətim”in adı dəyişdirilir-Özəl

“Çağ Öyrətim” İşlətmələri şirkətinin adı dəyişdirilir.

Bu barədə şirkətin adının açıqlanmasının istəməyən əməkdaşı Publika.Az –a məlumat verib. Onun sözlərinə görə, Rəcəp Tayyip Ərdoğanın Bakıya səfərindən sonra nurçuların vəziyyəti çətinləşib: “Bu dalğadan qurtulmağın tək yolu “Çağ Öyrətim”in adının dəyişdirilməsi olduğuna qərar verilib. Yeni adın nə olacağı hələ dəqiqləşməyib. Yaxın günlərdə bununla bağlı qərar ictimaiyyətə məlumata veriləcək”.

Şirkətin əməkdaşı qeyd edib ki, bu istəyi hökumət də isti qarşılayıb.
“Çünki bildiyiniz kimi şirkət Beynəlxalq Təhsil Mərkəzi ilə əməkdaşlıq edir. Bu mərkəzlə bağlı Azərbaycanın planları genişdir, bu baxımdan hər şeyi kəsib atmağı düşünmürlər. Ad dəyişikliyinə getməklə bunu müəyyən qədər proseslərdən kənar tutmağa çalışırlar”-deyə universitet əməkdaşı məlumat verib.

Məsələ ilə bağlı “Çağ Öyrətim”in mətbuat xidmətindən bildirdilər ki, təhsil mərkəzi Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi adlandırılır: “Bu da indi deyil bir müddət əvvəl belə olub. Bunun hansısa məsələ ilə əlaqəsi yoxdur. Daha geniş məlumat üçünsə yazılı formada müraciət edə bilərsiniz”.
Qeyd edək ki, bu şirkət 15 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm