Yeni müdir kimdir? - ARAYIŞ
Bizi izləyin

Qırmızı.az

Yeni müdir kimdir? - ARAYIŞ

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdir vəzifəsinə Vüsal Quliyev təyin olunub.

V. Quliyev buna qədər Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin tərkibində gənclər təşkilatları ilə iş sektoru yaradılıb.

Sektor gənclər təşkilatları ilə əlaqələrin inkişaf etdirilməsi, həmçinin onlarla iş aparan dövlət orqanlarının və digər qurumların fəaliyyətinin əlaqələndirilməsi funksiyasını həyata keçirəcək.

Xatırladaq ki, hazırda Azərbaycanda 300-dək gənclər təşkilatı fəaliyyət göstərir

***

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdir vəzifəsinə Vüsal Quliyev təyin olunub.

Publika.Az xəbər verir ki,yeni təyin olunan müdir Vüsal Quliyev 1982-ci ildə anadan olub. O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantıdır. İxtisasca hüquqşünasdır. 2008-ci ildən 2012-ci ilin noyabrınadək Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının hüquqşünası vəzifəsində işləyib. Daha sonra Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsində fəaliyyətini davam etdirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm