İrşad Əliyev: “Sərəncamı çox səmimi qəbul etdim” (YENİLƏNDİ)
Bizi izləyin

Qırmızı.az

İrşad Əliyev: “Sərəncamı çox səmimi qəbul etdim” (YENİLƏNDİ)

Kürdərmir icra başçısı vəzifədən azad edildi

Prezident İlham Əliyevin 16 aprel sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan İrşad Əliyev “Media forum” saytına danışıb.

İrşad Əliyev qeyd edib ki, vəzifədən azad olunması haqqında sərəncamı müsbət qiymətləndirir: “Bundan da çox işləməkmi olar? Böyük hörmət, izzət göstərilib, etibar edilib, işləmişəm. İndi isə işdən azad olunmağım haqqında sərəncam verilib. Nəinki vaxtında verilmiş, hətta deyərdim ki, bir qədər yubanmış qərardır. Sərəncamı çox səmimi qəbul etdim”.

Keçmiş başçı deyib ki, yaşı 70-i ötüb və səhhəti də yaşına uyğundur.

“Vəzifədən azad olunmaq üçün müraciət etmişdinizmi” sualına İrşad Əliyev belə cavab verib: “Belə şeyləri açıqlamağa ehtiyac yoxdur. Prezidentin sərəncamı ortadadır və mən bunu çox səmimi qəbul edirəm. Qalan məsələlərə toxunmağa ehtiyac yoxdur. 1969-cu ildən vəzifələrdə işləyirəm. Bu müddətdə müxtəlif vəzifələrdə olmuşam, dövlətin tapşırıqlarını yerinə yetirmişəm. Daha bəsdir”.

***

"Axar.az" xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov vəzifəsindən azad edilərək Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

****

Qeyd edək ki, Ceyhun Cəfərov Tərtər Rayon İH-nin başçısı vəzifəsinə təyin edilməmişdən öncə, Bakıın Yasamal Rayon İB-nin müavini idi.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat aparılmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm