• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Univiziya” mahnı müsabiqəsinin yarımfinalı keçirildi - FOTO

“Univiziya” mahnı müsabiqəsinin yarımfinalı keçirildi - FOTO

Gənclər və İdman, Mədəniyyət və Turizm Nazirliklərinin dəstəyi ilə ATGTİ tərəfindən reallaşdırılan III “Univiziya” Tələbə Mahnı Müsabiqəsinin yarımfinal mərhələsi baş tutub.

Müsabiqənin yarımfinalı aprelin 16-da Heydər Əliyev Sarayında keçirilib. 22 təhsil müəssisəsinin qatıldığı yarışda 14 ifaçı finala vəsiqə qazanıb.

Publika.Az xəbər verir ki bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Mədəniyyət, incəsənət xadimləri və musiqiçilərdən ibarət münsiflər heyətinin qərarını Əməkdar Artist Tünzalə Ağayeva və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayilov açıqlayıb. Daha sonra III “Univiziya” Tələbə Mahnı Müsabiqəsinin finalında mübarizə aparacaq finalçıları elan ediblər.

Müsabiqənin final mərhələsi aprelin 21-də keçirilək.

Beləliklə “ADA” Universiteti Günay Bədəlova, Azərbaycan Kooperasiya Universiteti Üzeyir Quliyev, “Xəzər” Universiteti Musa Abdullayev, Naxçıvan Dövlət Universiteti (qrup) Li Cin, Samson Odigiye, Olubayo Cozef Onanuqa, Ece Fatoş, Milli Aviasiya Akademiyası Ülkər Cəfərli, Bakı Dövlət Universiteti Əlihüseyn Quluzadə, “Odlar Yurdu” Universiteti (qrup) Elvin Əlləzov, Xumar Cavadova, Səid Təhməzov, Arzu İsmayılova, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Aytəkin Bədəlova, Azərbaycan Tibb Universiteti Şamxal Məcidov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Orxan Nərimanzadə, “Elm və Təhsil Mərkəzi” Təfəkkür Universiteti Taleh Bədirxanov, Bakı Slavyan Universiteti Kəmalə Novruzova, Azərbaycan Dövlət Neft Akademiyası “Old Academy” qrupu və Bakı Dövlət Sosial-İqtisadi Kolleci Mərdan Kazımov finalda qalibiyyət uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, qalib mayda Bakıda keçiriləcək II Beynəlxalq “Univision” Tələbə Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR