Qırmızı.az
Azərbaycanda 2 milyonluq korrupsiya
Cinayət işi baxılması üçün məhkəməyə göndərilib
Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı ) maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a
verilən məlumata görə, aparılmış istintaqla mərkəzin direktoru
Vahid Seyfəlovun təşkilatçılığı və mərkəzin baş mühasibi Müşviq
Baxışovun, rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati
ərazi dairəsi üzrə nümayəndəsi Müstəqim Məmmədovun, Ağdaş Peşə
məktəbinin baş mühasibi Yaşar Həsənovun, Ağdaş rayon Maşad kənd
poçt şöbəsinin rəisi Əslan Lətifovun və qeyrilərinin bilavasitə
iştirakı ilə 2006-2013-cü illər ərzində saxta sənədlər əsasında
vəfat etmiş və digər şəxslərin adlarına, o cümlədən 730 şəxsə yaşa
görə, 31 şəxsə ailə başçısını itirməyə görə, 12 şəxsə əlilliyə görə
ümumilikdə 773 şəxsə sosial müavinat təyinatı aparılaraq 1.988.779
manat məbləğində dövlət vəsaitini qulluq mövqeyindən sui-istifadə
etməklə mənimsəmələrində şübəhələr üçün əsaslar olduğundan Vahid
Seyfəlova Cinayət Məcəlləsinin 179.3.2, 308.2 (vəzifə
səlahiyyətlərindən sui-istifadə) və 313-cü, Əslan Lətifova həmin
məcəllənin 179.3.2 və 313-cü maddələri ilə ittiham elan edilərək
məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri, Müşviq
Baxışova Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü, Müstəqim
Məmmədova Cinayət Məcəlləsinin 32.5, 179.3.2, 313-cü, Yaşar
Həsənova isə həmin məcəllənin 32.5, 179.3.2 və 313-cü maddələri ilə
ittiham elan edilərək barələrində həbslə bağlı olmayan digər
qətimkan tədbiri seçilib.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə
Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR