"Özgə Uşaq Olmur”
Bizi izləyin

Qırmızı.az

"Özgə Uşaq Olmur”

26 Dekabr tarixində saat 19 :00 -da Natavan Gallery-də "Özgə Uşaq Olmur !" şüarı ilə animosərginin açılış mərasimi baş tutacaq.

Bu barədə sərgi təşkilatçıları Publika.az”-a məlumat verib.

Məlumata görə, 7 Dekabrda isə sərgi saat 12:00- 18:00 arası davam edəcək. İştirakçılar eyni zamanda Natavan Gallerinin təşkil etdiyi xeyriyyə sərgisindən çox maraqlı YENİ İL əşyaları da əldə edə biləcəksiniz.

Sərgi “Ümidlərin kölgəsi” layihəsi çərçivəsində həyata keçirilir. Tədbirdə QHT –nümayəndələri, layihəyə cəlb olunan tanınmış simaların ( Samira, Sevinc və Fuad Əlişovlar, Flora Kərimova, Hüseyn Cavadzadə, Nərmin Ağasi), şirkət və dövlət nümayəndələrinin iştirakı nəzərdə tutulub. Sərgi valideyn himayəsindən məhrum olan kimsəsiz uşaqların problemlərinə yönəltmək və bu yolla“Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (Deinstitutlaşma) və alternativ qayğı Dövlət Proqramı”nın həyata keçiriləsinə və kimsəsiz uşaqların övladlığa verilməsi haqqında məlumatlılığın artırılmasına dəstək olmaq məqsədi daşıyır. Fotolarda məhşur insanların gündəlik ailə həyatını əks etdirən , eyni zamanda kimsəsiz uşaqların proeksiyası əlavə olunub.

Layihənin rəhbəri Aynur Salmanovanın mətbuata verdiyi məlumatda bildirmişdir ki, əsas məqsədimiz kimsəsiz uşaqların da isti ailədə böyümək şansının olduğunu cəmiyyətin diqqətinə çatdırmaqdır. Sərgidən sonra mövzu ilə əlaqədar layihənin sosial çarxı hazırlanacaq.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonudun maliyyə dəstəyi reallaşdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm