• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

"Özgə Uşaq olmur"

"Özgə Uşaq olmur"

Qəbul olunan faktdır ki, xoşbəxt ailə tablosunu uşaqlar tamamlayır. Ailə həyatı qurduqdan sonra övlad sahibi olmaq, onun dünyaya gəlməsini, ilk addımlarını, ilk sözlərini eşitmək arzuları yaranır. Lakin hamıya valideyn olmaq qismət olmur. Övladı olmayan ailələrin taleyi isə çox zaman boşanma, ailənin dağılması ile nəticələnir. Bunun üçün insanlar müxtəlif vasitələrə əl atır ki, bəziləri qohumlarının uşağını övladlığa götürür, bəziləri isə övladlığa uşaq götürmək üçün dövlət qurumlarına müraciət edir. Amma bu proses o qədər də asan başa gəlmir. Valideyn himayəsindən məhrum olan uşaqların övladlığa götürülməsi olduqca məsuliyyətli olduğu qədər həm də çətin, uzunmüddətli bir prosesdir. Elə məhz bu səbəbdən bu proses məhkəmə yolu ilə həyata keçirilir. Azərbaycanda internat məktəbi və uşaq evlərində valideyn himayəsindən məhrum olmuş kifayət qədər uşağın olmasına baxmayaraq həmin uşaqların bioloji ailələrə qaytarılması, alternativ qayğıya verilməsi və qanunlar çərçivəsində uşaqların övladlığa götürülməsi haqqında əhali kifayət qədər məlumatlı deyil.

1992-ci ildə Azərbaycan Respublikasının İnsan hüquqları ilə bağlı qəbul edilən beynəlxalq konvesiyaları sırasına Uşaq hüquqları konvensiyası daxil edildi. Müxtəlif qanunlar, Prezident fərmanları və Nazirlər Kabinetinin qərarlarına əsasən ailədə böyümək hər bir uşağın hüququdur, ailə isə uşağın sağlam inkişafı və cəmiyyətə inteqrasiyası üçün ən uyğun mühitdi.Həmin Konvensiyanın tələblərinə əsasən dövlət uşaq müəssisələrindən uşaqların biloji və alternativ ailələrə verilməsi, bu uşaqların hüquqlarının qorunması daim diqqət mərkəzində olmalı, uşaqları qəbul edən ailələrə sosial yardım edilməlidir.

“Birliyə Doğru” İB-nin yerli və beynəlxalq layihələr üzrə koordinatoru Aynur Salmanovanın sözlərinə görə hal hazırda üzərində işlədikləri “Ümidlərin kölgəsi” layihəsi məhz bu yöndə məlumatlılğın artırılmasına dəstək olmaq məqsədi daşıyır. Layihə Azərbaycan Respublikasıının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilir. Layihə “ Özgə uşaq olmur !” şüarı ilə aparılır. Aynur xanım xüsusilə vurğuladı ki, ictimaiyyət deinstutlaşma , alternative qayğı və övladlığa götürmə terminləri haqqında yalnış fikirdədirlər. Dövlət proqramının məqsədi uşaqların bioloji ailələrə qaytarılması məqsədi daşısada, övladlığa götürmək tam fərqli anlamdı. Heç bir qan qohumluğu olmayan və uşaq sahibi olmaq istəyən ailələr müəyyən olunmuş qanunlar çərçivəsində övladlığa uşaq götürmək üçün müvafiq prosedur keçməlidir.

Azərbaycanda 56 dövlət uşaq müəssisəsi mövcuddur. Onlardan 50 dövlət müəssisəsi Azərbaycan Respublikasının Təhsil Nazirliyinin , 2 uşaq müəssiəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, 4 körpələr evi isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeliyindədir. Aynur xanım bildirdiki, UNİCEF –in apardığı qiymətləndirmədə Naxçıvan Muxtar Respublikasında yerləşən körpələr evindən başqa bütün uşaq müəssisələri qiymətləndirilmədən keçirildi. Qiymətləndirmə zamanı məlum olmuşdur ki, 55 dövlət uşaq müəssisəsində 14,389 nəfər uşaq təlim tərbiyə alır. Bunlardan 72 %-i oğlan, 28 %-i isə qızdır. 55 dövlət müəssisəsinin 6-da uşaqlar gecələmir. 14389 nəfərdən 10334 (72%) nəfəri bu müəssisələrdə yalnız təhsil almaq məqsədilə gəlir. Dövlət uşaq müəssisələrində yaşayan uşaqlar dövlətin himayəsindədir və onlara dövlət tərəfindən qayğı göstərərilir. Lakin 2006-cı il mart ayının 29-da ölkə Prezidentinin sərəncamı, 2006-2015-ci illər “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”nın məqsədlərindən biri uşaqların öz biloji ailələrinə qaytarılması olduğu üçün müəssisələrdə yaşayan uşaqların ailə statusları da nəzərə alınır.

İlk öncə bilmək lazımdır, övladığa götürmə üçün qanunla nəzərdə tutulmuş sənədlər toplanılmalıdır. Bunlara vətəndaşların (ər-arvad) Rayon İcra Hakimiyyəti və ya Təhsil İdarəsində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik komissiyasına yazdıqları ərizə (Notariusda təsdiq edilmiş),şəxsiyyət vəsiqəsinin surəti, övladlığa götürənlərin (götürənin) nikah haqqında şəhadətnaməsinin surəti, uşaq ər-arvaddan biri tərəfindən övladlığa götürüldükdə—digərinin razılığı və ya ər-arvadın ailə münasibətlərinə xitam verməklə 1 ildən artıq müddətdə birgə yaşamadıqlarını təsdiq edən sənəd, yaşayış yerindən istifadə etmək hüququnu və ya yaşayış yerinə mülkiyyət hüququnu təsdiq edən sənəd, övladlığa götürənlərin (götürənin) səhhətinin vəziyyəti barədə tibbi rəy; (Hepatit “B”, “C” və “QİÇS” yoxlanılması üzrə məlumatlar, həmçinin dəri-zöhrəvi, vərəm, onkoloji, psixonevroloji və narkoloji dispanserlərin cavabı), övladlığa götürənlərin (götürənin) tutduğu vəzifə və əmək haqqı barədə iş yerindən arayış və ya gəlirlər haqqında digər sənəd; (Fərdi əməklə məşğul olanlar üçün verginin ödənilməsi haqqında arayış.), övladlığa götürənlərin tərcümeyi-halı və Rayon və Şəhər İcra Hakimiyyətləri yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasından mənzil şəraitinin müayinə aktı daxildir. Daha ətraflı məlumatı təhsil nazirliyinin rəsmi saytından əldə etmək olar.

P.S Məqalə Azərbaycan Respublikasıının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən “özgə uşaq olmur” layihəsinin icraçıları tərəfindən yazılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR