İki rayonda su olmayacaq
Bizi izləyin

Qırmızı.az

İki rayonda su olmayacaq

Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon ərazisində yeni çəkilmiş 1000 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar 17 aprel 2014-cü il tarixində gün ərzində Binəqədi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm