FHN mənzildə 75 yaşlı qadının meyidini tapıb
Bizi izləyin

Qırmızı.az

FHN mənzildə 75 yaşlı qadının meyidini tapıb

Bakı şəhərinin Nərimanov rayonunda 1939-cu il təvəllüdlü Maya Məmməd qızı Rəsulova mənzildə bağlı qapı arxasında ölü vəziyyətdə tapılıb.

Bakı şəhərinin Nərimanov rayonunda 1939-cu il təvəllüdlü Maya Məmməd qızı Rəsulova mənzildə bağlı qapı arxasında ölü vəziyyətdə tapılıb.

Publika.az-ın Fövqəladə Hallar nazirliyinin saytına istinadən verdiyi məlumata görə, FHN-nin “112” qaynar telefon xəttinə əsasən dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin eyvanındakı dəmir barmaqlıqları təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə kəsmiş və içəri daxil olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaş hamam otağında hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində Maya Rəsulovanın vəfat etdiyi müəyyən edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm