"Gözlərimdən sonra ayaqlarım da tutulub"
Bizi izləyin

Qırmızı.az

"Gözlərimdən sonra ayaqlarım da tutulub"

"Gözlərimdən sonra ayaqlarım da tutulub"

Eldar Salayev: "Alimin təfəkkürü açıqdırsa, gözə nə gərək" Fizika-riyaziyyat elmləri doktoru, Milli Elmlər Akademiyasının keçmiş prezidenti Eldar Salayev daim həkim nəzarətindədir.

Bu barədə Teleqraf.com-a alimin özü danışıb. O, bildirdi ki, gözləri tamam tutulub, güclə hərəkət edir. "Amma elm aləmində baş verən hər bir yeniliklə maraqlanıram. Tələbələrim mənə baş çəkirlər, öz işlərindən danışırlar. Məndən məsləhət alırlar. Elmi əsərləri dünyanın aparıcı ölkələrinin nüfuzlu jurnallarında dərc olunur.

Mənim özüm də bu yaşda bir gün belə elmdən ayrılmamışam. İnsanın gözləri görməyə bilər, amma ağıl iti, ruh işıqlı olmalıdır ki, korluğun bilinməsin. Alimin gözü əslində onun dərrakəsi, təfəkkürüdür. Təfəkkürün işləyirsə, gözün görməməsi səni narahat etməməlidir. Elmi təfəkkürü olmayan insanın gözləri görsə də o kor sayılır", - deyə E.Salayev qeyd etdi.

Alim bildirdi ki, elm adamları onu unutmurlar: "Tələbələrim mənə baş çəkirlər. AMEA-nın yeni prezidenti Akif Əliyevlə çox gözəl münasibətlərimiz var. O da əlaqə sxlayır. Hər şey qaydasındadır. Elə sizə də təşəkkür edirəm ki, jurnalist olaraq məni yada salmısız".

Qeyd edək ki, E.Salayev 2005-ci ildə keçmiş nazirlər Fikrət Yusifov, Əli İnsanov, Fərhad Əliyev və digərlərilə birləşərək dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs edilmişdi. Dünyanın nüfuzlu elm xadimlərinin müraciətlərindən sonra o, azadlığa buraxıldı. Amma AMEA-nın o zamankı prezidenti mərhum Mahmud Kərimov başda olmaqla Rəyasət Heyəti E.Salayevin əleyhinə bəyanat vermişdilər. E.Salayev əlavə etdi ki, həbsdə olduğu müddətdə səhhətində ciddi problemlər yaranıb: "Ondan sonra gözlərim də tutuldu".

Alim mərhum Mahmud Kərimovun onun barəsindəki bəyanatına da toxunub: "Mərhum Mahmud Kərimovun mənimlə münasibəti pis olmayıb. O, zorla bəyanata imza atmışdı. Həyatda belə şeylər olur. Deyim ki, mən heç vaxt elmdən uzaq düşməmişəm. 1983-1997-ci illərdə AMEA-nın prezidenti olmuşam. 1997-ci ildən sonra elmi məqalələrim Amerikanın nüfuzlu jurnallarında dərc olunub. Həyatımın sonuna qədər elmi fəaliyyətimi davam etdirəcəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm