Özgə uşaq olmur – Tədbir/Foto
Bizi izləyin

Qırmızı.az

Özgə uşaq olmur – Tədbir/Foto

Dünən, dekabrın 26-da Natavan Gallery-də "Özgə Uşaq Olmur!" şüarı ilə animosərginin açılış mərasimi baş tutub.


Tədbirdə Gənclər Fondunun, Azərbaycan Uşaqlar birliyinin, Norveç Humanitar Cəmiyyətinin və bir çox xarici müəssisələri və KİV-nin nümayəndələri, həmçinin müğənnilər də iştirak ediblər.


Tədbiri Birliyə Doğru təşkilatın rəhbəri Zərifə Quliyeva açaraq gələn qonaqları salamlayıbı. Ardınca qonaqlar layihə haqqında fikirlərini səsləndiriblər. Layihənin rəhbəri Aynur Salmanova layihənin gedişatından, məqsəd və vəzifələrindən danışaraq bildirib ki, əsas məqsədimiz kimsəsiz uşaqların da isti ailədə böyümək şansının olduğunu cəmiyyətin diqqətinə çatdırmaqdır. Həmçinin, sərgidən sonra mövzu ilə əlaqədar layihənin sosial çarxının hazırlanacağını da əlavə edib. Daha sonra iştirakçılar Natəvan Qallerinin təşkil etdiyi xeyriyyə sərgisindən çox maraqlı Yeni il əşyaları da əldə etmək şansı qazanıblar.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə reallaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm